İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alındı

İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alındı
  04 Aprel 2021    Oxunub:1635
İordaniyanın paytaxtı Amman şəhərində Kral aiələsinin üzvü Şerif Həsən bin Zayd və Kral II Abdullahın sabiq məsləhətçisi, keçmiş maliyyə naziri Bassam Avadalla saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə İordaniyanın "Petra" agentliyi məlumat yayıb.

Əməliyyat zamanı daha bir neçə nəfərin saxlanıldığı bildirilib.

"Əl Mayadin" telekanalında yayılan xəbərə görə, Kral II Abdullahın hakimiyyətdən uzaqlaşdırılmasına dair plan üzə çıxıb, bununla dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Hazırda keçmiş vəliəhd şahzadə Həmzə bin Hüseyn və bir neçə yüksək rütbəli zabit ev dustaqlığında saxlanılır.

Azvision.az


Teqlər: İordaniya  



Xəbər lenti