Təbii fəlakət 23 nəfərin ölümünə səbəb oldu

Təbii fəlakət 23 nəfərin ölümünə səbəb oldu
  04 Aprel 2021    Oxunub:1304
İndoneziyanın şərqində torpaq sürüşməsi və daşqınlar ən azı 23 nəfərin ölümünə səbəb olub. Minlərlə insan təhlükəsiz ərazilərə köçürülüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi bildirib.

Lamenele kəndində təxminən 50 ev torpaq uçqunu altında qalıb. Xilasedicilər 20 meyit və 9 yaralını aşkar ediblər. Daşqın zamanı boğulan daha üç nəfərin cəsədini Oyan Bayan kəndinin sakinləri tapıblar. Yüzlərlə insan xilasetmə işlərinə cəlb olunub.

Azvision.az


Teqlər: İndoneziya  



Xəbər lenti