Türkiyədə gənclər arasında yoluxmalar artır

Türkiyədə gənclər arasında yoluxmalar artır
  04 Aprel 2021    Oxunub:1871
Türkiyədə COVID-19 virusuna yoluxanlar arasında yaşlılarla müqayisədə gənclərin sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında yazıb.

Qeyd olunub ki, son bir ayda ölkədə koronavirusa yoluxanlar arasında yaşı 65-dən yuxarı olanların sayı ümumi xəstə sayına nisbətən 11,3 faizədək azalıb. Buna baxmayaraq, gənclər arasında yoluxma hallarında artım müşahidə edilir.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti