Rusiyada koronavirusdan daha 343 nəfər ölüb

Rusiyada koronavirusdan daha 343 nəfər ölüb
  05 Aprel 2021    Oxunub:1290
Rusiyada son sutka ərzində koronavirusa 8646 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 589 540 nəfərə çatıb.

Rusiyada son bir gündə 343 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 100 717 nəfərdir. İndiyədək 4 211 133 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti