“Qarabağ məsələsində bizə dəstək vermədilər” - Ərdoğan
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqaüddə olan 104 admiralın hökumət əleyhinə siyasi bəyanatına münasibət bildirərkən deyib.
"Təqaüddə olan hərbçilərin bəyanatı hüquqa və demokratiyaya zidd çağırışdır", - deyən Türkiyə lideri hazırda Montrö anlaşmasının müzakirə mövzusu olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 103 hərbçisi “Montrö Boğazları Sazişi” ilə bağlı bəyanat yayıblar. Ölkənin Baş Prokurorluğu bəyanatla əlaqədar araşdırma başladıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


