Ermənistanın eks-prezidenti Robert Koçaryan “Pozner” verilişində çıxışı zamanı bir sıra diqqətçəkən fikirlər səsləndirib.
Azvision.az xəbər verir ki, sabiq prezident hazırda Ermənistan ordusunun ağır durumda olduğunu deyib. Koçaryanın fikrincə, erməni ordusu indi elə bir vəziyyətdədir ki, ağlı başında olan insan revanş haqqında düşünməz.
“Ona görə də, vəziyyətə bu cür baxmalıyıq - münaqişəyə son qoymaq istəyiriksə, ədalətli həll yolu tapmalıyıq. Paşinyan hökumətinin Ermənistanı idarə etməsi ilə erməni tərəfi yeni tələblər irəli sürməyə başladı və onlardan əvvəl olan hər şey sıfırlandı. Sonra separatçıların iştirakı olmadan danışıqların aparıla bilməyəcəyi düsturu irəli sürüldü. Daha sonra “Qarabağ Ermənistandır” və bununla da hər şey bitdi”.
Tural Tağıyev
Azvision.az