“Yeni hökumətdə orduya qarşı qorxu yaranıb” - Koçaryan

“Yeni hökumətdə orduya qarşı qorxu yaranıb” -  Koçaryan
  06 Aprel 2021    Oxunub:2318
"Son üç ildə silahlı qüvvələrin döyüş qabiliyyəti metodiki cəhətdən azaldıldı".
Azvision.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan Rusiyanın birinci kanalında yayımlanan "Pozner" verilişində deyib.

Koçaryan bildirib ki, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra yeni hökumətdə orduya qarşı patoloji qorxu və inamsızlıq yarandı.

"Birinci Qarabağ müharibəsi "qəhrəmanları"nın nüfuzdan salınması prosesi gedirdi. Bu çox fəal bir proses idi",- deyən eks-prezident xatırladıb ki, 1 il ərzində döyüş hazırlığı işlərində aktivlik müşahidə edildi, Ordu rəhbərliyində isə tez-tez dəyişikliklər baş verirdi.

O, həmçinin müharibənin gedişində ordu rəhbərliyində bu cür halların olmasını anormallıq adlandırıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Koçaryan   Ordu  



Xəbər lenti