Paşinyan Xüsusi İstintaq Komitəsində dindiriləcək

Paşinyan Xüsusi İstintaq Komitəsində dindiriləcək
  06 Aprel 2021    Oxunub:1978
Ermənistanın Xüsusi İstintaq Komitəsi baş nazir Nikol Paşinyana bildiriş göndərib.
Azvision.az xəbər verir ki, bildiriş general-polkovnik Movses Akopyanın bir müddət öncə yaydığı bəyanat əsasında qaldırılmış cinayət işinin araşdırılması ilə bağlıdır.

Araşdırma əsasında artıq keçmiş müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Artak Davtyan dindiriliblər.

Erməni mediası ölkə başçısının da araşdırmalar çərçivəsində sorğu-sual edilməsi məsələsini dəqiqləşdirə bilməyib.

Xüsusi İstintaq Komitəsinin bildirişi baş nazirə bu yaxınlarda göndərilib. Paşinyan Moskva səfəri öncəsi özünütəcrid vəziyyətindədir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Araşdırma  



Xəbər lenti