Gürcüstanın Baş naziri koronavirusa yoluxdu

Gürcüstanın Baş naziri koronavirusa yoluxdu
  06 Aprel 2021    Oxunub:1166
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir "Facebook" hesabında məlumat paylaşıb. O, koronavirus testinin müsbət olduğunu bildirib.

Qaribaşvili özünü yaxşı hiss etdiyini, özünütəcrid rejiminə keçdiyini və məsafədən işini davam etdirdiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti