Paşinyan seçki siyahısını özü hazırlayır

 Paşinyan seçki siyahısını özü hazırlayır
  06 Aprel 2021    Oxunub:1553
“Mənim addımım” blokunun seçki siyahısı əvvəlkindən fərqlidir.
Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb.

Məlumata görə,2018-ci ildən fərqli olaraq, indi seçki siyahısını baş nazir Nikol Paşinyan təkbaşına tərtib edir. Bu, Paşinyanın partiya üzvlərindən nə dərəcədə razı qaldığını əks etdirəcək:

“Siyahıya Paşinyan özü rəhbərlik edəcək, ilkin məlumatlara görə, 2-4-cü yerlər Ararat Mirzoyan, Sasun Mikaelyan, Lena Nazaryan arasında bölüşdürüləcək. Bunlardan hansının birinci yeri tutacağı ilə bağlı qəti qərar verilməyib. Beşinci yerdə parlament sədrinin müavini Alen Simonyan, sonra Suren Papikyan olacaq. Səkkizinci yeri Tiqran Avinyan tutacaq. Doqquzuncu yer Lilit Makuntsa, onuncu isə Arayik Arutyunyana veriləcək.

Yeri gəlmişkən, bəzi məlumatlara görə, qadın namizədlər arasında ikinci yeri uğrunda Lilit Makunts və Arpi Davoyan arasında ciddi rəqabət yaşanıb. ABŞ-a səfir getməli olan Makunts qalib gəlib".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Seçkisiyahısı  



Xəbər lenti