Zelenski müharibəyə son qoymağın yolunu açıqladı

 Zelenski müharibəyə son qoymağın yolunu açıqladı
  06 Aprel 2021    Oxunub:2993
Ukraynanın NATO-ya üzvlüyü Donbasdakı müharibəyə son qoymağın yeganə yoludur.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı deyib.

Zelenski Ukraynanın NATO-ya üzvlüyünə doğru getdiyini söyləyib.

“Biz ordumuzda və müdafiə sektorunda islahatlar aparırıq, lakin tək islahatlarla Rusiyanı dayandırmaq olmaz. NATO-ya üzvlük Donbasda müharibənin bitməsinin yeganə yoludur. Üzvlüklə bağlı fəaliyyət planı Rusiya üçün əsl siqnal olacaq”.

Stoltenberq isə alyansın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NATO   Ukrayna  



Xəbər lenti