Paşinyanın işdən qovduğu general vəzifəyə gətirilir

Paşinyanın işdən qovduğu general vəzifəyə gətirilir
  07 Aprel 2021    Oxunub:1686
Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş müşaviri general-mayor Arşak Karapetyan yaxın vaxtlarda Baş Qərargah rəisinin müavini təyin ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə “Armlur.am” saytı yazıb.

Aprelin 6-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan Paşinyanın müşaviri vəzifəsindən azad edilib.

Məlumata görə, Karapetyan Baş Qərargah rəisi Artak Davtyanın yaxın dostudur.

Davtyanın oğlunun toyu səbəbiylə istefasından sonra yeni bir vəzifəyə - Hərbi Sənaye Komitəsinin rəhbərinə təyin olunmasına kömək edən Karapetyan olub. Yenidən Baş Qərargah rəisi olan Davtyan dostunu Silahlı Qüvvələrə qaytarmaq qərarına gəlib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ArşakKarapetyan  



Xəbər lenti