Din xadimləri Ağdamda Şəhidlər xiyabanını ziyarət edib

Din xadimləri Ağdamda Şəhidlər xiyabanını ziyarət edib
  07 Aprel 2021    Oxunub:2368
Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və dini icma rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Azvision.az xəbər verir ki, din xadimləri Milli Qəhrəman Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digər şəhidlərin məzarını ziyarət edib, onların ruhuna dualar oxuyublar.

Qeyd edək ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

Azvision.az


Teqlər: Ağdam   Şəhidlər-Xiyabanı  






Xəbər lenti