Türkiyədə hərbi təyyarə qəzaya uğradı: Ölən var
Qeyd edilib ki, “Türk Ulduzları”na məxsus NF-5 tipli təyyarə Konya ərazisində təlim uçuşu zamanı qəzaya düşüb, nəticədə pilot həlak olub.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


