Merkel və Putin Donbası müzakirə edib

 Merkel və Putin Donbası müzakirə edib
  08 Aprel 2021    Oxunub:2927
Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə edib.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Qeyd edilib ki, Putin və Merkel bir sıra aktual beynəlxalq mövzuları müzakirə ediblər. Tərəflər Ukraynanın cənub-şərqində gərginliyin artmasından narahat olduqlarını bildiriblər.

"Rusiya və Almaniyanın səylərinin daha sıx koordinasiyası, həmçinin xarici işlər nazirliklərinin xətti ilə "Normand" formatı çərçivəsində təmasların davam etdirilməsinə istək ifadə olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti