Ermənistan ordusunun daha bir hərbçisi fərarilik edib

  Ermənistan ordusunun daha bir hərbçisi fərarilik edib
  08 Aprel 2021    Oxunub:1980
Ermənistan ordusunun hərbi qulluqçuları arasında son vaxtlar hərbi xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən gecikmə halları artmaqda davam edir.
Azvision.az erməni sosial şəbəkələrinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin hərbi qulluqçusu xidmət yerindən qaçıb. Qafan ərazisindəki postdan fərarilik edən Orber Ayvazyanın tapılması və geri qaytarılması ilə bağlı komandanlıq tədbir görür.

Azvision.az


Teqlər: Ermənistan   Hərbçi  



Xəbər lenti