“İƏT ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib” - Ceyhun Bayramov

   “İƏT ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib” -    Ceyhun Bayramov
  09 Aprel 2021    Oxunub:2455
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, İƏT-in mövqeyi bütün platformalarda səsləndirilib: "Bu mövqe 44 günlük Vətən müharibəsi dövründə də dəyişməyib".

XİN başçısı xatırladıb ki, Azərbaycanda fəaliyyət göstərən səfirlər işğaldan azad edilən bölgələrə səfər edərək, Ermənistanın dinc xalqımıza qarşı hərbi təcavüzü ilə yaxından tanış olublar.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  






Xəbər lenti