“Ermənistanın məscidləri dağıtması əsl vandalizmdir” - İƏT-in Baş katibi
İƏT rəhbəri bildirib ki, Azərbaycan torpaqlarının azad edilməsi bütün İslam dünyasının qələbəsidir: "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən biri olan Azərbaycan öz hüquqlarını bərpa edib. Bu, həqiqətən də tarixi hadisə və zəfərdir".
Baş katib, həmçinin qeyd edib ki, qarşıda böyük yenidənqurma işləri var. Onun sözlərinə görə, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi çox ciddi məsələdir və yenidənqurma işlərini ləngidir.
"Ermənistan işğal etdiyi ərazilərdə məscidləri də dağıdıb. Bu, əsl vandalizm aktıdır. Bütün beynəlxalq təşkilatlar Qarabağda yenidənqurma işlərini dəstəkləməlidirlər. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bütün səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək", - deyə İƏT-in baş katibi vurğulayıb.
Azvision.az