Baş nazirdən dövlət qulluqçuları ilə bağlı qərar

Baş nazirdən dövlət qulluqçuları ilə bağlı qərar
  09 Aprel 2021    Oxunub:2113
Baş nazir Əli Əsədov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyənləşdirməkdən ibarətdir.

Azvision.az


Teqlər: Baş-Nazir   Qərar  






Xəbər lenti