Ermənistanda yoluxma və ölüm sayı yenə artdı

Ermənistanda yoluxma və ölüm sayı yenə artdı
  09 Aprel 2021    Oxunub:2180
Ermənistanda son sutka ərzində 1029 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 201 158 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3697-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 944 nəfərdir. Aktiv xəstələrin sayı 16 357 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Koronavirus  



Xəbər lenti