ABŞ nümayəndə heyəti Donbası ziyarət edib

 ABŞ nümayəndə heyəti Donbası ziyarət edib
  09 Aprel 2021    Oxunub:1887
Vaşinqtonun Kiyevdəki hərbi attaşesi polkovnik Brittan Styuartın rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Donbasda olub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələri əməliyyat qərargahı məlumat yayıb.

Qeyd olunub ki, nümayəndə heyəti Donbasda hərbi əməliyyat bölgəsini ziyarət edərək, vəziyyətlə tanış olublar.

Məlumata görə, ABŞ nümayəndələri təmas xəttində tapşırıqları yerinə yetirən Ukrayna hərbçilərinin bölmələrini ziyarət ediblər, onlarla söhbət aparıblar.

"ABŞ hökuməti Ukrayna sərhədləri ətrafında inkişaf edən vəziyyətdən dərindən narahatdır və Ukraynanın suverenliyini, ərazi bütövlüyünü hər cür dəstəkləyir", - deyə məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Donbas  



Xəbər lenti