Qazın qiyməti artırılır? - Rəsmi açıqlama

 Qazın qiyməti artırılır? -  Rəsmi açıqlama
  09 Aprel 2021    Oxunub:2545
Bu gün sosial şəbəkələrdə qazın qiymətinin artması barədə yazırlar. Bildirmək istəyirəm ki, bizdə bu haqda məlumat yoxdur.

Azvision.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev deyib. Onun sözlərinə görə, qurum qazpaylayıcı olaraq fəaliyyət göstərdiyi üçün qiymətləri formalaşdırmır.
“Bu günə qiymətlə bağlı narahatlıq yoxdur. Bu işə Tarif Şurası baxır. Məsələ barədə məlumatsızıq. Hazırda qiymət artımına dair məlumat yoxdur”, - deyə R.Əliyev qeyd edib.

Aytən Zəhra
Azvision.az




Teqlər: Azəriqaz   Qiymət  






Xəbər lenti