Hikmət Hacıyev mediaya məsul nümayəndələrlə görüşüb

Hikmət Hacıyev mediaya məsul nümayəndələrlə görüşüb
  09 Aprel 2021    Oxunub:3034
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə H.Hacıyev Tvitterdə yazıb.

"Qardaş ölkələr Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşdük, bu sahədə əməkdaşlığın inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Müzakirələrimizi sabah Türk Şurası çərçivəsində davam etdirəcəyik", - deyə Prezidentin köməkçisi vurğulayıb.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədilə işçi qrupunun 8-ci iclası keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  






Xəbər lenti