
Volkan Bozkır BA sədri qismində ilk səfərlərini reallaşdırdığını bildirdi və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd edib. Azərbaycanın həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkə olduğunu ifadə etdi. BA sədri Azərbaycam Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVİD-19 ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının son dərəcə önəmli toplantı olduğunu söyləyib.
Nazir Ceyhun Bayramov BA sədrinə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların imzalanması ilə yaranan yeni reallıqlar, işğal faktorunun aradan qaldırılması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.
Tərəflər, həmçinin Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


