O, dövlət başçısının tapşırığı ilə ölkəmizdə əmək, məşğulluq və sosial təminat sahəsində aparılan islahatları, bu sahələrdə tətbiq olunan innovativ yenilikləri diqqətə çatdırıb. Venesuela Bolivar Respublikası ilə Azərbaycan arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.
S.Babayev ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini qeyd edib.
K.Martinez ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini vurğulayıb. Səfir sosial sahədə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu bildirib.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin qurulması imkanları müzakirə olunub.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


