Məşhur reper narkotikdən öldü

   Məşhur reper narkotikdən öldü
  10 Aprel 2021    Oxunub:4276
Tanınmış amerikalı reper DMX (Erl Simmons) vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək dozada narkotik qəbul edən reperin vəziyyəti kəskin pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər Erl Simmonsun ürəyində problem olduğunu bildiriblər. Bir neçə gün xəstəxanada qalan musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.



Qeyd edək ki, Erl Simmons ABŞ-ın ən uğurlu reperlərindən biri olub. Onu 1990-cı illərdə hip-hopun ikonası adlandırıblar. 6 albomu Billboard 200 hit-paradında birinci olub. 20 ildən çox davam edən karyerası boyunca DMX 7 albom buraxıb. O, həmçinin bir neçə filmdə rol alıb.



Azvision.az


Teqlər: Reper   Narkotik  



Xəbər lenti