Dünyada koronavirusa yoluxma sayı 135 milyonu keçdi

 Dünyada koronavirusa yoluxma sayı 135 milyonu keçdi
  10 Aprel 2021    Oxunub:1316
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 135 milyon 315 min 183 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 928 min 783 nəfərdir. İndiyədək 108 milyon 882 min 127 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 718 min 659 nəfər koronavirusa yoluxub, 12 639 nəfər isə vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 802 772 nəfər virusa yoluxub, 574 840 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 13 375 414 yoluxma qeydə alınıb. Onlardan 348 934 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 13 205 926 nəfərdə virus aşkar edilib. Xəstələrdən 168 467 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 980 501 yoluxma, 98 395 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 623 984 nəfər virusa yoluxub ki, onlardan 102 247-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti