Cibuti prezidenti seçkilərdə qalib gəldi

Cibuti prezidenti seçkilərdə qalib gəldi
  10 Aprel 2021    Oxunub:2153
Cibutinin hazırkı prezidenti İsmail Ömar Qelle seçkilərdə 98,58 faiz səs qazanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin səsvermə ilə bağlı açıqladığı ilkin nəticələrdə qeyd edilib.

Məlumata görə, Qelle beşinci dəfə prezident seçilmək imkanı qazanıb.

Seçkilərdə iki namizəd iştirak edib - hazırkı dövlət başçısı 73 yaşlı İsmayıl Ömər Qelle və 56 yaşlı iş adamı Zakari İsmayıl Fərah. Qelle səslərin 167 535-ni, yaxud 98.58 faizini, Zakari 4408 və ya 2.59 faizini alıb. Beləliklə, ilkin nəticələrə əsasən, ölkənin hazırkı lideri növbəti dəfə seçkiləri qazanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Cibuti  



Xəbər lenti