Azərbaycan DİN türk polisini təbrik etdi

Azərbaycan DİN türk polisini təbrik etdi
  10 Aprel 2021    Oxunub:1207
Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə Polis Təşkilatının yaranmasının 176-cı ildönümü münasibətilə qurum əməkdaşlarını təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Bu gün Türkiyə polisi xalqına və dövlətinə ləyaqətlə xidmət edir, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. Biz Türkiyə polisinin bütün nailiyyətlərinə öz uğurlarımız qədər sevinirik. Əlamətdar gündə Türkiyə Polis Təşkilatının hər bir əməkdaşına ən xoş arzularımızı yetirir, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq diləyirik".

Azvision.az



Teqlər: DİN  






Xəbər lenti