İran prezident seçkilərinə hazırlaşır

İran prezident seçkilərinə hazırlaşır
  11 Aprel 2021    Oxunub:2892
İranda prezident seçkilərinə buraxılan namizədlərin adları 26-27 may tarixlərində açıqlanacaq.
Azvision.az xəbər verir ki, bu barədə Mehr agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunur ki, namizədlərə mayın 28-dən 16 iyuna qədər təbliğat-təşviqat kampaniyası aparmalarına icazə verilir. 17 iyun və səsvermə günü təşviqat qadağan ediləcək.

İslam Respublikasının qanunlarına görə, qeydiyyatdan keçdikdən sonra seçki yarışında iştirak etmək istəyənlər İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənməlidir. Namizədlər siyahısına daxil olmaq üçün müraciətlər 15 may tarixinədək qəbul ediləcək. Prezident seçkiləri iyunun 18-də keçiriləcək.

Azvision.az



Teqlər: İran  





Xəbər lenti