“Konseptual yanaşma, analiz –sintez və tarixi müqayisəli analiz metodları vasitəsilə dərin analitik təhlil apararaq nə qədər mürəkkəb mərhlələrdən keçərək ərazi bütövlüyümüzü bərpa edə bildiyimizi izah etmiş oldu. İstər Xalq Cümhuriyyəti, istərsə də Sovet dövründə ermənilərin bütün mümkün vasitələrdən istifadə etməklə Qarabağı nəzarətimizdən çıxarmağa cəhd etdikləri bir daha aydın şəkildə ifadə edildi. Prezident İlham Əliyevin sovet dövrü tariximizə qısa ekskursiya etməsi və bir daha Qorbaçov dönəmində yəni 1987-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa etməsindən sonra ermənilərin Qarabağ məsələsi gündəmə gətirmə cəsarətini göstərmələrini Heydər Əliyevin yoxluxunu fürsət bilmələri ilə əlaqələndirdi. Doğrudan da ermənilər hesab edirdilər ki, artıq Heydər Əliyevin proseslərə təsir imkanları məhdudlaşdırılıb və onlar asanlıqla Qarabağı ələ keçirə bilərlər. Ona görə də, Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan ilk dəfə Fransada bu məsələni qaldırmaqla prosesə start verdiyini zənn etdi. Ancaq ermənilər yenə səhf etmiş, Heydər Əliyev faktorunu düzgün qiymətləndirə bilməmişdilər”.

Deputatın sözlərinə görə, tarix sübut etdi ki, məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev tarixi ədaləti bərpa etdi:
“Ermənilər və onların havadarlarının yüz il ərzində qurduqları işğalçılıq strategiyasını və Qarabağı Azərbaycandan qoparmaq niyyətlərini alt-üst edib tarixin arxivinə göndərdi. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu tarixi qüruru əbədi olaraq yaşayacağıq. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevirildi. Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun bibırçı məğlubiyyətinin bütün dünyaya nümayişi oldu”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


