Hadrutda 5 erməni hərbçinin cəsədi tapıldı

Hadrutda 5 erməni hərbçinin cəsədi tapıldı
  24 Aprel 2021    Oxunub:3893
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 5 erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Hadrut qəsəbəsində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1551 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Azvision.az


Teqlər: Qarabağ   Cəsəd   Erməni  






Xəbər lenti