İspaniyada 22 nəfəri virusa yoluxduran şəxs saxlanıldı

İspaniyada 22 nəfəri virusa yoluxduran şəxs saxlanıldı
  24 Aprel 2021    Oxunub:2333
İspaniya polisi COVID-19 xəstəsi olan, lakin insanlarla ünsiyyətə davam edən, nəticədə 22 nəfəri yoluxduran şəxsi saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb. Ona sağlamlığa zərə vurma maddəsi üzrə ittiham elan edilib.

Araşdırma yanvar ayında, Balear adalarında virusun yayılma ocağı müəyyən edildikdən sonra başlayıb. Həmin şəxs yüksək hərarətlə işə gedib, öskürəndə maskasını endirib "onsuz da hamı yoluxacaq" deyib. Həmkarlarının təkidinə baxmayaraq evə getməkdən imtina edib. Kişi PCR testi verib, nəticələrini gözləmədən yenə işə qayıdıb, hətta idman salonuna da gedib.

Günün sonunda keçirilmiş testin nəticələri onun koronavirusa yoluxduğunu təsdiqləyib. Bundan sonra bütün həmkarları və idman salonuna gələnlərin özləri, ailə üzvləri müayinə edilib, üçü körpə olmaqla, 22 nəfərin yoluxduğu təsdiqlənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  



Xəbər lenti