“Azərbaycan bayrağını yandırmaq bizə ziyan gətirəcək” - Erməni aktyor
"Türkiyə və Azərbaycan bayraqlarını yandırmağın mənası yoxdur. Təəssüf ki, bu addım bizə ziyan gətirəcək. Əziz həmvətənlər, əziz Daşnaksütyun üzvləri, məgər bilmirsiniz ki, hazırda erməni "əsirlərin" (terrorçular -red) olduğu ölkənin bayrağını yandırırsınız? Mən də bayraq yandırardım, amma mənə elə gəlir ki, bu faydasız bir addımdır”.
Qeyd edək ki, ötən gün bir qrup şəxs İrəvanda Azərbaycan və Türkiyə bayraqlarını yandırıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Bayraq Erməni-aktyor