Sergels torg qarşısında gerçəkləşdirilən aksiyada "Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.
Eyni zamanda, SAF-nın təşəbbüsü ilə İsveç parlamentinə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunan ərazilərdə basdırdıqları minaların partlaması nəticəsində həlak olurlar, yaxud yaralanırlar.
Qeyd olunub ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistan partlayıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina edir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


