ABŞ-da polis vətəndaşı güllələdi

ABŞ-da polis vətəndaşı güllələdi
  25 Aprel 2021    Oxunub:2118
ABŞ polisi Hollivudun Los-Anceles bölgəsində vətəndaşı güllələyib.
Azvision.az xəbər verir ki, bu barədə şəhər polisinin Tvitter səhifəsində məlumat yer alıb.

Bildirilib ki, hadisə şənbə günü gecə saatlarında baş verib. Belə ki, polis çağırışa gedərkən başqa bir avtomobil qəfildən onların maşınına çırpılıb. Polislərin qarşısınaa güllə keçirməyən gödəkçə geyinmiş, sağ əlini arxasında saxlayan bir sürücü çıxıb. O, polislərə doğru irəliləyərək "üç, iki, bir" saymağa başlayıb və əlini önə uzadıb. Bu zaman polis naməlum şəxsin hərəkətlərini təhdidedici hesab edərək ona atəş açıb. Kişi yerindəcə ölüb, faktla bağlı araşdırma aparılır.

Məlumatda ölən şəxsin üzərində silah olub-olmadığı qeyd edilməyib.

Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti