Bayden-Putin görüşü iyunda keçirilə bilər

Bayden-Putin görüşü iyunda keçirilə bilər
  25 Aprel 2021    Oxunub:2539
ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasında görüş iyun ayında keçirilə bilər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, hələlik danışıqlara hazırlıq başlamasa da, rəsmi Vaşinqtondan görüşün baş tuta biləcəyi barədə müsbət cavab alınıb.

Uşakov qeyd edib ki, ABŞ tərəfi liderlərin görüşünü yaxın həftələrdə keçirməyi təklif edib. Təkliflə bağlı qərar qəbul edilərkən, bir sıra faktorlar nəzərə alınacaq.

Azvision.az


Teqlər: Putin   Bayden  



Xəbər lenti