104 min uşaq məktəbəhazırlıq qruplarında qeydiyyatdan keçib

 104 min uşaq məktəbəhazırlıq qruplarında qeydiyyatdan keçib
  26 Aprel 2021    Oxunub:2470
Məktəbəhazırlıq qruplarında oxuyan uşaqların 75 faizinin I sinfə avtomatik keçməsi təmin edilib.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib. O bildirib ki, bunlar cari ildə məktəbəhazırlıq qruplarına Azərbaycan bölməsi üzrə cəlb olunan uşaqlardır.

“Cari tədris ilində məktəbəqədər hazırlıq qruplarında 104 min uşaq qeydiyyatdan keçib. Bunlardan 10 minə yaxını rus bölməsində təhsil alan uşaqlardır. Artıq Azərbaycan bölməsi üzrə oxuyan 94 min uşağın I sinfə keçməsi təmin olunub”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Uşaq   Məktəb  





Xəbər lenti