Sürücülərin nəzərinə: Yeni qayda hazırlanır

 Sürücülərin nəzərinə: Yeni qayda hazırlanır
  27 Aprel 2021    Oxunub:2915
Azərbaycanda nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Azvision.az



Teqlər:





Xəbər lenti