Rusiyadan gələn deputatlar Şahbulaq qalasında - FOTO
Azvision.az xəbər verir ki, qonaqlar Cümə məscidində erməni barbarlığı ilə tanış olduqdan sonra Şahbulaq qalasını ziyarət ediblər.
Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət olub. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr yaxınlıqdan axan gur sulu bulağın adı ilə adlandırılıb. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub.
Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib. Hazırda Şahbulaq qəsr kompleksindən bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra əksər abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıblar, lakin buna nail ola bilməyiblər.
Azvision.az