Bayden Mossad rəhbəri ilə görüşüb

Bayden Mossad rəhbəri ilə görüşüb
  02 May 2021    Oxunub:3904
ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda səfərdə olan İsrail xarici kəşfiyyat xidmətinin (Mossad) rəhbəri Yosi Kohen ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays Blinken və Kohen arasında görüşün olmasını nə təsdiqləyib, nə də təkzib edib. "ABŞ və İsrail sıx təmasdadırlar", - deyə o bildirib.

Bundan əlavə, Kohenin ABŞ Dövlət katibi Entoni Blinken ilə görüş keçirdiyi deyilir.

Azvision.az


Teqlər: ABŞ   Bayden  



Xəbər lenti