İranda koronavirus can almağa davam edir

İranda koronavirus can almağa davam edir
  02 May 2021    Oxunub:2892
İranda son sutka ərzində 394 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, İranda indiyədək 72 484 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 18 698 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 534 855-ə yüksəlib.

İndiyə qədər 1 988 165 xəstə sağalıb. Eyni zamanda COVID-19 diaqnozu qoyulmuş 5443 xəstə reanimasiya şöbələrində müalicə olunur.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti