Azvision.az xəbər verir ki, onlayn və anonim şəkildə keçirilən sorğu gözlənilməz nəticələr verib. Belə ki, respondentlər "Gələn bazar günü parlament seçkiləri keçirilsəydi, hansı siyasi qüvvəyə səs verərdiniz?" sualına cavab olaraq, daha çox sabiq prezident Robert Koçaryanın blokunu seçiblər.
Sorğu iştirakçılarının 62 faizi Qarabağ klanının nüfuzdan düşmüş keçmiş fiqurunu yenidən hakimiyyətdə görmək istəyib. Hazırkı hakim fraksiya olan "Mənim addımım" isə sorğuda cəmi 3 faiz səs toplayıb. "Sasna Tsrer" terror təşkilatı isə 2 faiz yığıb.
Tural Tağıyev
Azvision.az