Ermənistan MTX-nin keçmiş generalları təşkilat yaratdı
Qeydə alınan ictimai təşkilat “Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər İttifaqı” adlanır. Artıq qurumun ofisi də mövcuddur.
İctimai təşkilatın qurucuları MTX-nin keçmiş direktor müavinləri general-leytenant Qrant Yepiskoposyan, general-leytenant Vrej Arzumanyan və Mikael Ambarsumyandır. Şuranın tərkibinə, həmçinin MTX-nin keçmiş direktoru, Vətən partiyasının lideri Artur Vanetsyan da daxildir.
Təşkilatın idarə heyətinin sədri Qrant Yepiskoposyan seçilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: MTX