“Azərbaycan Gürcüstanı xilas etdi” - BMT Baş katibinin müşaviri
Onun sözlərinə görə, Azərbaycan tərəfindən tibbi oksigen verilməsəydi, Gürcüstanda ölüm halları daha çox olardı.
“Hazırda Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Siyasətçilər hər şeyin qaydasında olduğunu göstərməyə çalışırlar, lakin belə deyil. Təhlükəsizlikdə olmaq üçün əhalinin 90 faizi peyvənd edilməlidir. Epidemiyaya baxmayaraq, ölüm hallarının artması gözlənilmir, çünki virusla mübarizə aparmağı bilirik”, – Pxakadze bildirib.
O, koronavirusun ikinci dalğası zamanı Gürcüstana kömək etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib:
“Biz demək olar ki, bu ölkə sayəsində sağ qala bildik. Ötən ilin noyabrında gün ərzində təxminən 7 min yoluxma olarkən, Azərbaycan Gürcüstan xəstəxanalarına oksigen tədarük edirdi. Azərbaycan olmasaydı, Gürcüstanda ölüm sayı çox yüksək olardı”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Gürcüstan Azərbaycan