Azərbaycanın Ermənistana qaytardığı hərbçilər İrəvana çatdı

 Azərbaycanın Ermənistana qaytardığı hərbçilər İrəvana çatdı
  05 May 2021    Oxunub:3812
Azərbaycanın humanistlik göstərərək Ermənistana qaytardığı 3 erməni hərbçi İrəvana çatıb. Onların olduğu təyyarə “Erebuni” hava limanına enib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.
"Biz bu prosesin məntiqi olaraq davam edəcəyinə və tezliklə başa çatacağına ümid edirik", - deyə Avinyanın ofisindən bildirilib.

Erməni hərbçilər Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradovun müşayiəti ilə İrəvana çatdırılıblar.

Qeyd edək ki, bu gün Azərbaycan humanistlik göstərərək üç erməni hərbçisini ölkəsinə qaytarıb.

Azvision.az


Teqlər: Ermənistan   İrəvan  



Xəbər lenti