Koronavirusa yoluxanların sayı 155 milyona çatır

Koronavirusa yoluxanların sayı 155 milyona çatır
  05 May 2021    Oxunub:2101
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 154 milyon 988 min 353 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 241 min 164 nəfərdir. İndiyədək 132 milyon 469 min 249 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına əsasən dünyada son sutka ərzində 644 685 nəfər koronavirusa yoluxub, 10 501 nəfər ölüb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 274 659 nəfər virusa yoluxub, 592 409 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 20 665 148 nəfərdə virus aşkar edilib. Xəstələrdən 226 188 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 860 812 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 411 854 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 680 378 yoluxma, 105 387 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 4 929 118 nəfər virusa yoluxub ki, onlardan 41 527-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az



Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti