Gürcü nazir Bakıda nələrin müzakirə olunacağını açıqladı

Gürcü nazir Bakıda nələrin müzakirə olunacağını açıqladı
  05 May 2021    Oxunub:3292
Gürcüstanın hökümət başçısı İrakli Qaribaşvili ilə Azərbaycana səfər etməkdən məmnunam.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani “Twitter” hesabında yazıb.

XİN rəhbəri əlavə edib ki, səfər çərçivəsində keçiriləcək yüksək səviyyəli görüşlərdə, həmçinin aparılacaq danışıqlarda Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın intensivləşdirilməsi yolları müzakirə ediləcək.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana rəsmi səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrakliQaribaşvili  



Xəbər lenti