“Rusiya ilə dialoqun saxlanılması zəruridir” - Çavuşoğlu
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində deyib.
"Müsbət nəticələr əldə etmək həmişə asan olmur, amma mümkündür. Bu, bütün məsələlərdə eyni fikrə malik olduğumuz anlamına gəlmir. Ancaq açıq danışmağı bacarırıq. Dialoq kanallarını açıq saxlamaq vacibdir”.
Xarici işlər naziri Türkiyənin öz milli maraqlarını qorumalı olduğunu və ölkənin təhlükəsizliyinin təhdid altına qoyula bilməyəcəyini vurğulayıb.
"Rusiya bunu başa düşür. Mümkün olduğu təqdirdə Rusiya ilə əməkdaşlıq edirik, amma lazım olduqda isə geri çəkilmirik".
Çavuşoğlu, həmçinin Rusiya ilə dialoqun regional və beynəlxalq sabitliyə töhfə verdiyini bildirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: MövludÇavuşoğlu







Vaxtında, Aydın, Lazımlı!


