Bayramda əlavə məhdudiyyət tətbiq olunmayacaq

 Bayramda əlavə məhdudiyyət tətbiq olunmayacaq
  06 May 2021    Oxunub:2495
Azərbaycanda bayram günlərində əlavə heç bir məhdudiyyət tətbiq olunmayacaq.
Azvision.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

T.Musayev bildirib ki, yeganə məhdudiyyət ictimai nəqliyyatın həmin günlər işləməməsi ilə bağlıdır: “Bu məhdudiyyət Novruz bayramı günlərində də tətbiq olunmuşdu”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bayram   Tətil  






Xəbər lenti